Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/artsugra/public_html/ils.edu.az/class/class.mysql.php on line 19

ILS
məktəb

ILS ( International Language School) tələbələrinə yüksək keyfiyyətli xarici dil kursları təklif edən bir məktəbdir. Burada Ümumi İngilis dili kursları və Biznes İngilis dili kursları, IELTS imtahana hazırlıq kursları, o cümlədən, Alman, Fransız, İspan, Rus və Azərbaycan dili kursları tədris olunur. Mərkəzimizdə siz həmçinin tərcümə xidməti, xaricdə təhsil məsləhətçiləri və xaricdə təhsil proqramlarından yararlana bilərsiniz.

Dərslər yüksək ixtisaslı, təcrübəli yerli və xarici müəllimlər tərəfindən müasir metodik vəsaitlər əsasında aparılır. Dərslər adətən həftədə 2 dəfə 1.5 saat müddətində nəzərdə tutulub. Bütün tələbələr kursumuz tərəfindən metodik vəsaitlərlə təmin olunurlar. Mərkəzimizdə hər bir tələbəyə fərdi yanaşma mövcuddur, belə ki tələbələr öz dil biliyi səviyyələrinə uyğun təşkil olunmuş qruplarda kurslar keçirlər. Və ya istəklərinə uyğun olaraq fərdi şəkildə də dərs ala bilərlər.

Tələbələrin rahatlığı üçün mərkəzimizdə hər cür şərait var, boş vaxtlarında onlar komputer otaqlarında pulsuz internetdən, audio disklərdən və s. yararlana bilərlər.

Kursun sonunda hər bir tələbəyə setifikat verilir.

Missiyamız

ILS olaraq bizim missiyamız xarici dil kursları və xaricdə təhsil proqramları vasitəsiylə müştərilərimizə yüksək səviyyədə xidmət göstərməkdir. Bunun üçün də biz ən son yenilikləri izləyir və ən müasir texnologiyalardan yararlanırıq.

Komandamız 

ILS dil məktəbində fəaliyyət göstərən işçi heyəti yüksək ixtisaslı, uzun müddət yerli və xarici şirkətlərdə çalışmış əcnəbi və yerli müəllimlərdən ibarətdir.

Üstünlüklərimiz

-Yüksək ixtisaslı müəllimlər

-Tələbələrin ən müasir metodik vəsaitlərlə təmin olunması

-Münasib qiymət

-Hər tələbəyə fərdi yanaşma

-Verilən təhsilə görə tam zəmanət