Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/artsugra/public_html/ils.edu.az/class/class.mysql.php on line 19

Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/artsugra/public_html/ils.edu.az/class/class.mysql.php on line 19

Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/artsugra/public_html/ils.edu.az/class/class.mysql.php on line 19
ILS
Müəllimlər
Ad/Soyad:Mario Caicedo Langer
Yaş:37 Təhsil:İspan dili müəllimi İş təcrübəsi:7 il Bio:Kolumbiyada anadan olmuşam. Universiteti San Fransisko və Argentinada bitirmişəm. Argentina, San Fransisko, Kolumbiya və Bakıda müəllim və tərcüməçi kimi fəaliyyət göstərmişəm. İspan və İngilis dilini sərbəst, Azərbaycan dilini isə başlanğıc səviyyədə bilirəm.
Ad/Soyad:Harald Völckers
Yaş:54 Təhsil:Alman dili müəllimi İş təcrübəsi:18 il Bio:Almaniyada anadan olmuşam. Almaniyada Ruhr Universitetini, Isveçrədə Zurich Universitetini bitirmişəm. 15 ilə yaxın Almaniya və İsveçrədə çalışmışam. Artıq 3 ildir ki, ailəmlə birlikdə Bakıda yaşayıram. Bakıda həyat Almaniyadakı həyat tərzindən fərqli olsa da, buradakı insanların səmimiyyəti və qonaqpərvərliyini çox bəyənirəm. Xüsusən də azərbaycanlıların Alman dili və mədəniyyətinə olan marağı məni müəllimlik fəaliyyətində çox həvəsləndirir. Müxtəlif ölkələrin mədəni və siyasi tarixi ilə yaxından maraqlanıram. Xaricdə yaşamaq və təhsil almaq istəyən şəxslərə, xüsusilə də Almaniya, İsveçrə və Avstriyada təhsil almaq istəyən tələbələrə bu işdə yaxından kömək edirəm. Maraqlarım kitab oxumaq, səyahət etmək, musiqi dinləmək, muzeyləri gəzmək və mexaniki saatlar toplmaqdır. Alman və İngilis dilini sərbəst bilirəm.
Ad/Soyad:Kamilə Qulamova
Yaş:32 Təhsil:İngilis dili müəllimi İş təcrübəsi:12 il Bio:2002-ci ildən başlayaraq beynəlxalq özəl şirkətlərdə müəllimə və tərcüməçi kimi fəaliyyət göstərirəm. Daha sonralar fəaliyyətimi universitet və bir sıra xarici şirkətlərdə, habelə dövlət strukturlarının əməkdaşları ilə qrup şəklində özəl dərslər keçirməklə davam etdirmişəm. Tədrisdə müasir metodika və yeni dərs vəsaitlərindən istifadəyə üstünlük verirəm. Maraqlarım siyasi və tarixi məqalələr oxumaq, kinolara baxmaq,səyahət etmək, beynəlxalq tədbirlərdə aktiv iştirak etməkdir.
Ad/Soyad:Steve Corney
Yaş:49 Təhsil:İngilis dili müəllimi İş təcrübəsi:22 il Bio:1965-ci ildə Kanadanın Toronto şəhərində dünyaya göz açmışam. London Universitetinin Birkbek Kollecinin linqivistika fakultəsini bitirmişəm. 1992-ci ildən başlayaraq Londonda özəl kurslarda və universitetlərdə İngilis dili müəllimi kimi fəaliyyət göstərmişəm. Bakıda isə artıq 11 ildir ki müəllim kimi çalışıram. Dərs keçmək üçün CELTA sertifikatım var. 2001-ci ildə Humanitar sahədə ən yaxşı fəaliyyətimə görə \\\"The Ede & Ravenscroft\\\" mükafatını almışam. Türk dilində( Azəri dialekti) sərbəst , Fransız və Alman dilində isə orta səviyyədə danışıram. Maraqlarım üzgüçülük, musiqi, səyahət, oxumaq və fotoqrafiyadır.